Modern.az

Hakerlər Yeni Azərbaycan Partiyasının saytını dağıtdılar

Hakerlər Yeni Azərbaycan Partiyasının saytını dağıtdılar

16 Yanvar 2012, 15:00

Hakerlər Yeni Azərbaycan Partiyasının rəsmi internet saytını (yap.org.az) dağıdıblar. Modern.az saytına bu barədə hakim partiyadan məlumat verilib. Məlumatda qeyd olunub ki, hazırda saytın bərpası istiqamətində işlər görülür.

Qeyd edək ki, saytın ana səhifəsindəki bəzi yazıları silən hakerlər orada hakimiyyət əleyhinə şüarlar yerləşdiriblər. Hələlik hücumun daxildən, yoxsa xaricdən olduğu məlum deyil.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal