Modern.az

Pentaqon eksperti: “İrana qarşı gedən proseslərdə Azərbaycanın dəstəyini gözləyirik”

Pentaqon eksperti: “İrana qarşı gedən proseslərdə Azərbaycanın dəstəyini gözləyirik”

16 Yanvar 2012, 15:19

Metyu Kroniq: “Azərbaycan ərazisindən İrana hucum etməyə ehtiyac yoxdur”

“Mən Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanın ABŞ-ın İrana qarşı hərəkətlərinə dəstək verəcəyini gözləyirəm. Nüvə İranı bütün region və dünya üçün ciddi təhlükə yaradır. Buna görə Amerika hər hansı hərəkətə keçməzdən əvvəl beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində işləyəcək”.
Bu açıqlama ilə  2011-ci ilə qədər ABŞ Müdafiə Nazirliyinin aparatında Yaxın Şərq üzrə müdafiə və inkişaf siyasəti və strategiyasına məsul xüsusi müşavir işləmiş, ABŞ nüvə Təhlükəsizliyi Şurasının elmi əməkdaşı  Metyu Kroniq “İran böhranı” ilə bağlı vəziyyəti şərh edərkən deyib. Modern.az  bildirir ki, Kroniq  erməni internet resurslarına eksklüziv müsahibəsində Cənubi Qafqaz ölkələrinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara cəlb edilməsinin perspektivi barədə də maraqlı məqamlar açıqlayıb. 

Müsahibəsində Kroniq bəyan edib ki, Amerikanın İrana qarşı Cənubi Qafqaz ölkələrinin ərazilərindən plasdarm kimi istifadə edilməsinə ehtiyac yoxdur.

“Nəzərdə tutulmuş məhdud zərbələr ABŞ –ın müvafiq hərbi bazlarından endirilə bilər. Bunun üçün isə Azərbaycan, Gürcüstan və Ermənistan ərazisinin plastadrm kimi istifadə edilməsinə ehtiyac olmayacaq”-deyə Kroniq vurğulayıb. 

Qeyd edək ki, Kroniq nüfuzlu “Foreign Affairs” jurnalında çap olunmuş yazısında qeyd edib ki, ABŞ İranın nüvə obyektlərinə dəqiq zərbələr endirməli və bu obyektləri sıradan çıxarmalıdır. Bundan sonra ABŞ münaqişəni dayandırmalıdır.
“Mən böyük miqyaslı müharibənin tərəfdarı deyiləm. Bu dəqiq zərbələrdən regionda vəziyyətin qeyri-stabil olub olmayacağı tam olaraq İranın reaksiyasından asılı olacaq”-deyə ekspert vurğulayıb. 

 

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal