Modern.az

ATƏT-dən Nazarbayevə ilk zərbə

ATƏT-dən Nazarbayevə ilk zərbə

16 Yanvar 2012, 15:39

Parlament seçkisinin nəticələri ilə razılaşmayan müxalifət etiraz aksiyalarına başlayır

ATƏT hesab edir ki, Qazaxıstanda keçirilən parlament seçkilərinin beynəlxalq demokratik standartlara cavab verməyib. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən bildirir ki, bu haqda ATƏT-in press-relizində qeyd edilib.

Seçkilərdə iştirak edən ATƏT müşahidəçiləri hesab edirlər ki, səsvermə prosesi yaxşı təşkil olunsa da, səslərin sayılması zamanı çoxlu pozuntulara yol verilib. Bundan əlavə, press-relizdə vurğulanır ki, hakimiyyət seçkilıərı bir neçə partiyanı buraxmayıb, bəzi namizədlər isə qeydiyyat siyahısından çıxarılıblar.

 ATƏT-in sənədində bildirildiyinə görə, Qazaxıstan qanunvericiliyi şəffaf və dəqiq imkan vermir, eyni zamanda sərbəst toplaşmaq və azad fikir söyləmək imkanlarını məhdudlaşdırır. ATƏT-in Qazaxıstandakı missiyasının rəhbəri Joao Soares deyib ki,  əgər Qazaxıstan hakimiyyəti iddia etdiyi kimi, həqiqətən parlamentdə təmsil olunan partiyaların sayının çox olmasını istəyirdisə, onda bu seçkilərdə həqiqi müxalifət partiyalarının iştirakı təmin olunmalı idi”.

Qazaxıstan Ümummilli Sosial-Demokrat Partiyası da parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib və yanvarın 17-də Almatıda etiraz aksiyası təyin edib.

Yanvarın 15-də Qazaxıstanda parlamentin aşağı palatasına – Məclisə seçkilər keçirilib. İlkin nəticəyə görə, prezident Nursultan Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” Partiyası səslərin 81 faizini alıb. 7 faizlik həddi “Ak jol” və Kommunist Xalq Partiyalarının da keçdiyi bildirilir. Hər biri 7,3 faiz səs toplayan partiyalar ilk dəfə Məclisdə təmsil olunacaqlar. İndiyədək parlamentin aşağı palatası bütünlüklə “Nur Otan” Partiyasının deputatlarından ibarət idi.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal