Millət vəkili Qənirə Paşayeva bu gün Şimali Kipr Türk Cümhuriyyətinin əfsanəvi lideri və qurucu prezidenti, Türk Dünyasının böyük oğlu, böyük şəxsiyyət və gözəl insan Rauf Denktaşla Yakın Doğu Universitetində təşkil olunmuş vida mərasimində iştirak edərək Rauf Denktaşın xanımı Aydın xanıma, oğlu millət vəkili və Demokrat Partiyasının sədri Sərdar Denktaşa, qızına və digər yaxınlarına başsağlığı verib.
O, bildirib ki, bu gün ŞKTC-də yaşayan qardaş-bacılarımız qədər Azərbaycan türkləri də Türk dünyasının qəhraman oğullarından və böyük liderlərindən olan Rauf Denktaşı dünyasını dəyişməsindən üzgündür.
“Rauf bəyin itkisi hamımızın, bütün Türk millətinin itkisi, acısıdır” deyə Q.Paşayeva bildirib. Rauf Denktaşın Türk Dünyasının hər yerində o cümlədən Azərbaycanda da çox sevildiyini bildirən Qənirə Paşayeva deyib ki, Türk insanı harada yaşamasından asılı olmayaraq onun xidmətlərini heç zaman unutmayacaq. O, əsl lider, əsl Qəhrəman, əsl Ziyalı idi! Millət vəkili Yakın Doğu Universitetində qoyulmuş xatırə kitabına Rauf Denktaş haqqında fikirlərini də yazıb...
***
Qənirə Paşayeva bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Dərviş Əroğlu və Baş nazir İrsen Küçüklə görüşərək onlara Azərbaycan xalqının Rauf Denktaşın ölümündən duyduğu kədərini çatdırıb və başsağlığı verib.
Rauf Denktaşın Türk Dünyasının hər yerində, o cümlədən Azərbaycanda da çox sevildiyini bildirən Qənirə Paşayeva deyib ki, Türk insanı harada yaşamasından asılı olmayaraq onun xidmətlərini heç zaman unutmayacaq. Millət vəkili prezident sarayında qoyulmuş xatırə kitabına Rauf Denktaş haqqında düşüncələrini də yazıb. Qənirə Paşayeva həmçinin ŞKTC-nin BRT, Kanal T televiziya kanallarında çıxış edərək ŞKTC-nin əfsanəvi lideri və qurucu prezidenti, Türk Dünyasının böyük oğlu Rauf Denktaş barədə, Azərbaycanlıların ona sevgi və sayğısı haqqında və özünün onunla bağlı xatirələrindən danışıb. ŞKTC-nin bir sira agentlikləri və qəzetlərində də millət vəkilinin fikirləri öz əksini tapıb.
Modern.az