Modern.az

İki qardaş yol qəzasında öldü

İki qardaş yol qəzasında öldü

3 İyun 2019, 11:36

Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu