Ankara Böyükşəhər Bələdiyyə başqanı o adı açıqlayıb
Kamal Kılıçdaroğlunu artıq Cümhuriyyət Xalq Partiyasında dinləmirlər, baronlar onu istəmirlər. Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, bu haqda Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Melih Gökçek açıqlama verib.
Gökçekin iddiasına görə, Kılıçdaroğlu ilə partiyanın siyasi bürosu arasında dərin ziddiyyət var. Bələdiyyə başqanı deyib ki, Türkiyənin ana müxalifət partiyasında dəyişiklik yaxında baş verə bilər. Gökçenin fikrincə, Kılıçdaroğlunu gətirən baronlarının CXP liderliyi üçün yeni namizədi Əminə Ülkər Tarhandır.
Modern.az