Modern.az

Daxili İşlər Nazirliyi haker hücumu ilə bağlı araşdırma aparır

Daxili İşlər Nazirliyi haker hücumu ilə bağlı araşdırma aparır

16 Yanvar 2012, 16:36

Yanvarın 16-da Azərbaycanda bir sıra dövlət orqanlarının, siyasi partiya və və digər qurumların  internet saytlarına haker hücumu olub. Modern.az saytının məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytı (www.yap.org.az) ilə yanaşı, Daxili İşlər Nazirliyinin də veb-səhifəsi (www.din.gov.az) dağıdılıb. Konstitusiya Məhkəməsinin rəsmi saytı (www.constcourt.gov.az)Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin www.rabita.az saytı da dağıdılan veb-səhifələr sırasındadır.

DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Modern.az-a bildirib ki, hazırda problemlə bağlı araşdırma aparılır, hələlik məsələ barədə ətraflı nəsə söyləmək mümkün deyil.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal