Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbas üzrə üçtərəfli qrupun Ukrayna üzrə nümayəndəsi təyin edilib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə qərarı yeni prezident Vladimir Zelenski verib.
Zelenski kontakt qrupunun ilk üçtərəfli görüşünün iyunun 5-də Kiyevdə baş tutacağını açıqlayıb.
Kuçma 2018-ci ilin oktyabr ayına qədər də kontakt qrupunun üzvü idi.