Sudan ordusu paytaxt Xartumda çevriliş əleyhinə mitinq keçirən nümayişçilərə müdaxilə edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ordu ilə nümayişçilər arasında yaranan toqquşmada 13 nəfər ölüb. Daha 116 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.
“Qafqazinfo”nun məlumatına görə, apreldə keçmiş prezident Ömər Əl Bəşirin devrilməsindən sonra çevriliş baş verib. Sudan xalqı isə çevriliş əleyhinə çıxaraq ölkədə demokratik idarəetmə formasına keçilməsi üçün aksiyalara başlayıb. Ordunun insanlara müdaxiləsindən sonra ara yenidən qarışıb. İnsanlar artıq küçələrə axışaraq barrikadalar qurur.