Modern.az

Daxili İşlər Nazirliyindən açıqlama: “İnternet saytımız yaxın müddətdə bərpa olunacaq”

Daxili İşlər Nazirliyindən açıqlama: “İnternet saytımız yaxın müddətdə bərpa olunacaq”

16 Yanvar 2012, 18:02

Daxili İşlər Nazirliyinin internet saytının haker hücumuna məruz qalmasının səbəbini nazirliyin əməkdaşları araşdırır. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az saytına deyib ki, haker hücumunun hansı mənbədən edildiyini söyləmək hələ ki mümkün deyil:

“Mütəxəssislər indi internet saytın bərpa olunması ilə məşğuldurlar. Güman edirəm ki, yaxın zamanda saytın fəaliyyəti yenidən bərpa olunacaq”.

Yanvarın 16-da Azərbaycanda bir sıra dövlət orqanlarının, siyasi partiya və və digər qurumların  internet saytlarına haker hücumu olub. Modern.az saytının məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytı (www.yap.org.az) ilə yanaşı, Daxili İşlər Nazirliyinin də veb-səhifəsi (www.din.gov.az) dağıdılıb. Konstitusiya Məhkəməsinin rəsmi saytı (www.constcourt.gov.az), Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin www.rabita.az, Dövlət Gömrük Komiəstinin //customs.gov.az, Təhsil Nazirliyinin strukturlarından biri olan Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının vet.edu.gov.az ünvanlı saytı və azermarka.az saytı da dağıdılıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal