Modern.az

Bakıda bu avtomobillərə taksi fəaliyyəti üçün icazə verilib - SİYAHI

Bakıda bu avtomobillərə taksi fəaliyyəti üçün icazə verilib - SİYAHI

Təhsil

16 Yanvar 2012, 19:20

Azərbaycan Nəqliyyat Nazirliyi Bakı şəhərində taksi fəaliyyəti üçün istifadə olunmasına icazə verilən avtomobillərin siyahısını açıqlayıb.
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, paytaxtda taksi kimi yalnız Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilən sərnişin minik avtomobilləri istifadə olunacaq.

Taksi avtomobilləri siniflərinə görə 3 kateqoriyaya - J, D və E seqmentlərinə ayrılıb. Standartlara görə, avtomobillərin buraxılış ili 5 ildən artıq olmamalıdır. Başqa sözlə, hazırda Bakıda qanuni taksi fəaliyyəti ilə məşğul olmaq üçün siyahıda göstərilən maşınların 2007-ci il və ondan sonrakı modellərinə icazə veriləcək.

Qeyd edək ki, siyahıda Rusiya istehsalı olan avtomobillər də var («Lada Priora», «Volga Siber», «QAZ-3102» və «QAZ-31105»). Amma nazirlik rəsmiləri bildirib ki, bu maşınların Bakıda taksi kimi işləməsinə icazə verilməyəcək: «Gələcəkdə yalnız «QAZ-3102» və «QAZ-31105»in taksi kimi istifadəsinə icazə verilə bilər, o da yalnız rayonlarda».

Bakı şəhərində taksi fəaliyyəti üçün istifadə olunmasına icazə verilən avtomobillər (Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilən sərnişin minik avtomobillərinin siyahısı əsasında)

J - seqment avtomobilləri

«Audi A3»
«Volvo C40»
«Daewoo Nexia»
«Daewoo Lacetti»
«Volkswagen Golf»
«Ford Focus»
«Honda Civic»
«Hyundai Elantra»
«Mazda 3»
«Mitsubishi Lancer»
«Nissan Almera»
«Nissan Tiida»
«Opel Astra»
«Peugeot 308»
«Toyota Auris»
«Toyota Corolla»
«Lada Priora»

D - seqment avtomobilləri

«Audi A4»
«BMW 3-cü seriya»
«Lexus IS»
«Saab 9-3»
«Mercedec-Benz C sinfi»
«Skoda Octavia»
«Honda Accord»
«Hyundai Sonata»
«Mazda 6»
«Volkswagen Passat»
«Volvo S60»
«Toyota Avensis»
«Opel Insignia»
«Peugeot 407»
«Ford Mondeo»
«Nissan Primera»
«Volga Siber»

E - seqment avtomobilləri

«Audi A6»
«SAAB 9-5»
«BMW 5-ci seriya»
«Mercedes-Benz E-sinfi»
«Volvo S80»
«Hyundai Legend»
«Hyundai Grandeur»
«Hyundai Genesis»
«Holden Commodore»
«Opel Omega»
«Peugeot 607»
«Toyota Camry»
«QAZ-3102»
«QAZ-31105»

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal