Modern.az

Mərhumlara niyə 3, 7, 40 və 52 günlük yas mərasimləri verilir? - AÇIQLAMA

Mərhumlara niyə 3, 7, 40 və 52 günlük yas mərasimləri verilir? - AÇIQLAMA

4 İyun 2019, 13:46

Azərbaycanda rəhmətə gedən mərhum üçün bir sıra yas mərasimləri keçirilir. Mərhumun yaxınları onun ölümündən sonra ona 3, 7, 40 və bəzən də 52 günlük yas mərasimləri verirlər.

Niyə məhz həmin günlər?

Modern.az saytının əməkdaşı bu mövzuya aydınlıq gətirmək üçün Qafqaz Müsəlmanlar İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb. 


İlahiyyatçı 3, 7, 40 və 52 rəqəmlərini rəmzi aldandırıb:


“Bu rəqəmlər rəmzi məna daşıyır. Bunun elmi əsası yoxdur. Rəsulallahın əmisi Həmzə (şəhidlərin ağası) dünyasını dəyişəndə peyğəmbər onun başının üstündə “Yasin” surəsin oxuyub. Peyğəmbərə sual veriblər ki, niyə “Yasin” surəsin oxuyursunuz, başqasını oxumursunuz? Deyib ki, “bu surə Quranın ürəyidir”. Əmisini dəfn edəndən sonra Rəsulallah 3 mərasimi keçirib. Yenə ona bununla bağlı sual veriləndə deyib ki, “3 mələklərin sual-cavabdan qurtarmasıdır”. 7 mərasiminin keçirilməsi isə müqəddəs rəqəm olmağıdır. Kəbənin 7 dəfə təvafı, 7 rəng, səma və qütb - bunlar hamısı onunla bağlıdır.
40 rəmzinə gəldikdə  - Rəsulallahı həmin gün əmisinin qəbrinə gedib. Ondan bunun səbəbini soruşanda peyğəmbər deyib ki, bunu dərinin sümükdən, gözün hədəqəsindən, damarların bədənin müəyyən hissəsindən  ayrılması kimi təsəvvür edib. Bunlar rəmzi xarekter daşıyır. Bunlar hədislərə istinadən deyilib. Bizim xalq bunu ənənə olaraq davam etdirir”.

Din xadimi bəzi bölgələrdə 52 mərasimlərinin keçirilməsi ilə bağlı da danışıb:

“Bunun keçirilməsi maddi imkanla bağlı deyil. Bu mərasim bizim bəzi bölgələrdə keçirilir. Bəzi şimal bölgələrində 52 günlük keçirilir. Bunlar sadəcə dini ayin deyil, ənənə üzərində qurulmuş yas mərasimlərinin adətləridir”.


Novruz NOVRUZLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB