Modern.az

“Paşinyan hökuməti yalnız demoqoqiya ilə məşğuldur” – Gürcü politoloqdan sərt SÖZLƏR

“Paşinyan hökuməti yalnız demoqoqiya ilə məşğuldur” – Gürcü politoloqdan sərt SÖZLƏR

4 İyun 2019, 14:48

“Rəsmi Yerevanın Abxaziya və Cənubi Osetiya yığmalarına ərazisindən keçməsinə şərait yaratması onların Gürcüstana və Azərbaycan düşmən dövlət olmasının isbatıdır”.

 

Bunu “Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzi”nin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilava Modern.az saytına açıqlamasında deyib.

Gürcü ekspert rəsmi Yerevanın Dağlıq Qarabağda keçirdiyi futbol turniri pisləyib.

 

“Təbii ki, bu tədbiri pisləyirəm. Amma düşünmürəm ki, bu böyük hadisədir. Sadəcə, bu Azərbaycan və Gürcüstana, həmçinin, beynəlxalq birliyə pislik etmək istəyənlərin yüngül iynəsidir. Rəsmi Yerevanın Abxaziya və Cənubi Osetiya yığmalarına ərazisindən keçməsinə şərait yaratması onların Gürcüstana və Azərbaycan düşmən dövlət olmasının isbatıdır”.

 

Txilava Nikol Paşinyan hakimiyyətini də sərt dillə tənqid edib.

“Baş verənlər onu göstərir ki, Paşinyan hökumətinin siyasətində heç bir dəyişiklik olmayacaq. O və hökuməti yalnız demoqoqiya ilə məşğuldur və vaxtı uzatmağa çalışır. Ondan başqa heç nə gözləməyə dəyməz”.

 

Xatırladaq ki, Gürcüstan XİN-i Abxaziya cə Cənubi Osetiya yığmalarının Azərbaycanın işğal altındakı bölgəsində keçirilən futbol turnirinə qatılmasına sərt bəyanatla reaksiya vermişdi.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!