Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzair olmaqla 10 ölkə bu gün Ramazan bayramını qeyd edir. Bu ölkələrdə dini qurumlar 3 iyun tarixini bayram günü kimi elan ediblər.
Misir, İordaniya, Fələstin, Liviya, Tunis, Suriya və Sudan isə bayramı sabah qeyd edəcək.
Sabitliyin, məzhəb fəqinin və ciddi müxalif qarşıdurmaların hökm sürdüyü digər müsəlman ölkələrdə isə hökumətlə müxalifət fərqli bayram günləri açıqlayıb.
Qeyd edək ki, Azərbaycanda da Ramazan bayramı rəsmən sabah elan edilib - 5-6 iyun.
Novruz NOVRUZLU