Modern.az

Milli Məclis hesabat hazırlayır

Milli Məclis hesabat hazırlayır

Parlament

17 Yanvar 2012, 11:09

“Milli Məclisin ötən sessiya dövründə fəaliyyətinin yekunları ilə bağlı hesabat hazırlanır”. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, parlamentin yekun hesabatı tamamlandıqdan sonra, təxminən yanvar ayının sonunda mətbuat konfransı keçiriləcək.

“Burada eyni zamanda parlamentin rəhbərliyində təmsil olunan şəxsələr də iştirak edəcək. Konfransda mətbuat işçiləri onları maraqlandıran suallara cavab tapacaqlar. Ümumiyyətlə, hər sessiya dövrünün başlanğıcında və sonunda biz mətbuat konfransı keçiririk. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Ayrı-ayrı şöbələr sessiya dövründə fəaliyyətləri ilə əlaqədar hesabatlarını hazırlayıb təqdim edirlər. Bunlar bitdikdən sonra  yekun nəticələr açıqlanacaq”-deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım