Gürcüstanın paytaxtı Tbilisinin Lilo qəsəbəsində yanğın baş verib.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə "Çin bazarı" adlandırılan bazarda qeydə alınıb.
Əraziyə 14 yanğınsöndürən maşın və 2 xilasedici briqada cəlb olunub.
Yanğın nəticəsində xəsarət almayanların olduğu bildirilir.
Hazırda yanğının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.