Modern.az

İlham Əliyevin adından Denktaşla vida mərasiminə çələng qoyulub

İlham Əliyevin adından Denktaşla vida mərasiminə çələng qoyulub

17 Yanvar 2012, 15:17

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti olan Rauf Denktaşın Bakı vaxtı ilə saat 17:30-da dəfn ediləcəyi nəzərdə tutulub. Bu gün səhər saatlarından isə mərhumla vida mərasimi keçirilir. Modern.az saytı Türkiyə mətbuatına istinadən məlumat verir ki, yanvarın 13-də 88 yaşında vəfat edən Rauf Denktaşla vida mərasimində Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, mərhum baş nazir Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit, çox sayda nazir və dövlət yetkililəri iştirak edirlər.

Türkiyə mediasının məlumatına görə, Denktaşın nəşini ziyarət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin adından gül çələngi də gətirilib.

Qeyd edək ki, dəfndə Azərbaycan parlamentinin bir qrup deputatı da iştirak edir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal