Modern.az

Türkiyədən gələn deputatları Oqtay Əsədov qəbul edəcək

Türkiyədən gələn deputatları Oqtay Əsədov qəbul edəcək

17 Yanvar 2012, 15:22

“Yanvarın17-də Azərbaycana gələcək türkiyəli deputatlar Necdət Ünüvar (AKP), Şuay Alpay (AKP), Əli Özgündüz (CXP) və Sinan Oğanın (MHP) Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi, sədr Oqtay Əsədov və digər şəxslərlə görüşləri nəzərdə tutulub”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, proqram tam hazır olmadığı üçün Türkiyə parlamentinin deputatlarının daha kimlərlə görüşəcəyi barədə ətraflı məlumat vermək mümkün deyil.

Mətbuat xidmətinin rəhbəri eyni zamanda qeyd edib ki,  bu görüşlərdə Fransa parlamentinin qəbul etdiyi “ertməni soyqırımını inkar edənlərin cəzalandırması” haqqında qanun layihəsi ilə bağlı da müzakirələrin aparılacağı istisna olunmur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal