Modern.az

Həmin adamın ö - Qazaxıstanda seçkilər ərəfəsində düşüncələr

Həmin adamın özü - Qazaxıstanda seçkilər ərəfəsində düşüncələr

7 İyun 2019, 14:47

Darxan Kıdıralı,
Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, professor, tarix elmləri doktoru


İki gündən sonra  Qazaxıstanda növbəti prezident seçkiləridir. Analitiklərin fikincə, mübarizənin favoriti fəaliyyətdə olan dövlət başçısı Qasım Comərd Tokayevdir.

...Bu gün, Qazaxıstanda prezident seçkiləri  ərəfəsində seçki marafonuna qoşulan namizədlər  dünya ictimaiyyətinin  və xüsusən də qonşu dövlətlərin diqqət mərkəzindədirlər.  Buna görə də təkcə seçkiqabağı səslənən şüarlar deyil,  eyni zamanda  namizədlərin şəxsi keyfiyyətləri,  proqramlarının bəndləri, onların bioqrafiyası, Qazaxıstan dövləti və ictimaiyyəti qarşısında xidmətləri müzakirə mövzusudur.

Qeyd-şərtsiz bildirmək lazımdır ki,  Qazaxıstanın yeni tarixində fəaliyyətdə olan prezident Qasım Comərd Tokayevin işıqlı şəxs kimi layiqli yeri var. O “Nur Otan” partiyasının namizədi olmaqla yanaşı, həm də görkəmli dipolmat və idarəçilik xüsusiyyətinə malik bir şəxsdir.

Hər şeydən əvvəl  , demək lazımdır ki, Qasım Comərd Tokayevin taleyi ölkənin mürəkkəb tarixi və millətin taleyi  ilə  çox bağlıdır. Atası Kemel Tokayeviç Tokayevin (1923-1986)   də çox ağır və kəşməkeşli həyatı olub. Kemel Tokayev Qazaxıstanın tanınmış yazıçısı və Qazaxıstan SSR Ali Sovetinin Rəyasət Heyətinə  üzv olana qədər, repressiyanın və açlıq illərinin, doğmaları ilə ayrılığın ağrılığını  öz çiyinlərində daşımış bir şəxsdir.

Anası Turar Şabarbayeva (1931-2000) Alma-Atada pedaqoji institutda xarici dilləri tədris edib.  Bütün bunları nəzərə alaraq, demək olar ki, Qasım Çomərt Tokayev başdan-ayağa qədər intelligentdir. Onun bu gün fəaliyyət göstərdiyi sahəyə marağının kökləri isə çox dərindir, lap gənclik illərinə gedib çıxır. Buna görə də onun, şəxsi və tarixi həyat yolunun, ölkənin  taleyi ilə kəsişdiyini görürük.

Tokayevin həyatının  əsas mərhələrəini nəzərdən keçirəkən gözümüzün önündə  siyasi lider  obrazı canlanır.

Əvvəla, Q.C.Tokayevi Qazaxıstan diplomatiyasının banisi saymaq lazımdır. Çünki siyasətçi kimi onun ulduzu sözün əsl mənasında diplomat statusunda  parlayıb.

Moskva Beynəlxalq Münasibətlər İnstitutunda (1970-1975-ci illər) təhsilini başa vurduqdan sonra, karyerasına SSRİ XİN-in Sinqapur Respublikasında  (1975-1979) diplomat təyinatı ilə başlayıb. Qazaxıstan 1991-ci ildə öz müstəqilliyini elan edənə qədər  SSRİ XİN-də  (1979-1985 illər),  Pekində diplomatik mərkəzdə  ikinci katib, birinci katib və müşavir vəzifəsində çalışıb. 

Qeyd etmək laızmdır ki, Orta Asiya respublikalarından çıxmış bir  şəxsin  belə uğurlu bir karyeraya şəxsi keyfiyyətlərinin sayəsində  sahib olması, həmin illərdə tək-tək olan göstəricilərdən idi. Bəli, Moskva Beynəlxalq Münasibətlər İnstitutunda asiyalılar  təhsil alırdılar, lakin onlar həmin dövr üçün xarici vətəndaşlar və  SSRİ dövlətinə  “gərəkli  olan” dost ölkələrin nümayəndələri idilər. Lakin bir qazax nümayəndəsinin belə mötəbər bir təhsil ocağında oxuması isə adi və sıradan olan hadisə deyildi.

SSRİ iflasa uğrayandan sonra isə, Q.C.Tokayevin siyasi karyerası və yüksəlişi  öz doğma vətənində başladı. Vətənində o,  əvvəlcə xarici işlər nazirinin müavini, daha sonra birinci müavin və nəhayət 1994-cü ildə Qazaxıstan Respublikasının  xarici işlər naziri təyin edildi. Bu vəzifədə isə 10 il (1994-1999, 2002-2007) fəaliyyət göstərdi.

Bu gün bütün dünya Qazaxıstan Respublikasını müharibələrə “yox” deyən, beynəlxalq problemləri və münaqişələri həll edən  sülhpərvər və sülhməramlı  bir ölkə kimi tanıyır. Bu məqamda məhz.Tokayevin xarici işlər naziri olduğu dövrdə (2002-2007) nüvə silahının yayılmasına son qoyulması kimi mühüm bir məsələnin öz həlli yolunu tapmasını xatirlamaq yerinə düşür.

 Xüsusilə, 2005-ci ildə  Qazaxıstanın Birinci prezidenti   Nursultan Nazarbayevin tapşırığı və təşşəbüsü ilə keçirilən  “Nüvə silahlarının yayılmaması barədə Sazişin imzalanması” konfransında çıxış edərək dünya ictimaiyyətinə  Qazaxıstan Respublikası rəhbərinin dəqiq mövqeyini  çatdırmışdı.  Elə həmin ildə o, Semipalatinsk  şəhərində nüvə silahlarının məhvi üçün  azad zona yaradılması haqqında  Sazişin  imzalanmasında iştirak etdi. Onu da xatırlamaq yerinə düşər k, hələ 1995-ci ildə  Tokayev Nyu-Yorkda keçirilən  “Nüvə silahlarının təcrübəsinin ləğvi və qadağası haqqında Saziş”in imzalanmasında da iştirak etmişdu. Bu siyahını uzatmaq da  olar.


Yeri gəlmişkən, 1998-ci ildə Elbaşının şəxsi tapşırığı ilə  Q.C.Tokayev Semipalatinsk şəhərində axırıncı nüvə silahını məhv edilməsində özü iştirak edərək, bu  tarixin utanclı səhifəsinə  bir nöqtə qoydu. 

2004-cü ildə Tokayev dənizə çıxışı olmayan ölkələrin xarici işlər nazirlərinin görüşünə həsr olunmuş beynəlxalq konfransda  Alma-Ata proqramının hazırlanmasında  iştirak edərək, həm də bu proqramın həyata keçirilməsində böyk əmək sərf etdi. Onun məntiqli təklifi ilə  “Нұрлы жол” proqramı həyata keçirilərək,  çinlilərin “Bir yol-bir kəmər” layihəsinə qoşuldu. Bu layihələr həyata keçiriləndən sonra müasir Qazaxıstanın Çin və Aralıq dənizi- Azərbaycan- Gürcüstan-Türkiyədən  keçməklə Sakit okeana yolu açıldı. Hazırda bu magistral yol ilə 20 mln. ton yük daşınıb.

Bütün bunlara görə də biz bütün məsuliyyətimiz ilə  Rusiyada, Çində və Qərbdə böyük nüfuza malik olan  Q.C.Tokayevi Qazaxıstan diplomatiyasının banisi adlandıra bilərik. Avrasiya məkanının mərkəzində   öznünün xarici siyasəti ilə çoxvektorılu strateji xətlə yüksələn diplomatiyanın həyati əhəmiyyət kəsb edən rolunu qiymətləndirmək  çox çətindir. Bu mənada sözümüzə qüvvət olaraq, Qazaxıstanda  mürəkkəb beynəlxalq əhəmiyyətli problemlərin həllli yolları çözülərkən, dünyanın Qazaxıstana hörmətlə baxdığı bir vaxtda Birinci Prezidenti N.Nazarbayevin səyi və nüfuzunu da rol oynadığını qeyd etmək lazımdır.

Bununla bərabər,  hazırkı prezidentin Qazaxıstanda  və dünyanın akademik cameəsində geniş nüfuza malik olmasını da xatırlamaq yerinə düşər. O beynəlxalq münasibətləri əks  etdirən 9 kitabın və bir çox məqalələrin müəllifidir. Bu gün o  siyasi elmlər doktoru olmaqla yanaşı, eyni zamanda 5 dil bilən - onlardan 4-ü BMT-nin işlək dilidir (rus, ingilis, fransız və çin dili) həm də çox məşhur və hörmətli intellektualdır. 

XİN rəhbəri vəzifəsində çalışdığı vaxtda 1999-2002-ci illər aralığında Tokayev Qazaxıstanın  baş naziri təyin ounmuşdu.  Baş nazir vəzifəsində o, 2002-ci ilə qədər fəaliyyət göstərdi. Mütəxəssislərin gəldiyi nəticəyə görə, Qazaxıstanın müstəqillik illəri dövründə  Tokayevi ən uğurlu baş nazirlərdən biri hesab etmək olar. Çünki belə mötəbər bir postda fəaliyyət göstərdiyi müddətdə o, dəmir xarakteri və  menecerlik qabiliyyəti ilə özündən əvvəlki nazirlərdən  daha çox və səmərəli işlər görüb.

Yuxarıda da qeyd etdiyimiz kimi,  xarici işlər naziri  vəzifəsində ikinci dəfə 2007-ci ilin yanvarına qədər fəaliyyət göstərib. Bundan sonra isə Qazaxıstan Respublikası  Parlament Senatının rəhbərliyinə gətirilərək, burada 2011-ci ilin aprelinə qədər işləyib. Sonra yenə də diplomatik fəaliyyətinə qayıdıb.

Yeni diplomatik fəaliyyəti dövründə isə (2011-2013)  Qasım Comərt Kemeleviç  BMT-nin  Baş katibinin Cenevrə ofisində  baş direktor işləyib. Çox az insanlara məlumdur ki, yenə də  asiyalı kimi BMT-nin Baş qərəgahında türkdilli ölklərin nümayəndəsi kimi  işləyən ilk diplomat olub.

Bundan başqa, qeyd etmək yerinə düşərdi ki,  Q.C.Tokayev  BMT Baş Assambleyasının onlarla sessiyasında  MDB  dövlətləri Xarici İşlər nazirlərinin və Şanxay Əməkdaşlıq Təşkilatının sədri  kimi təmsil olunub. 

Həmçinin, 2018-ci ildə Qazaxıstan BMT-yə sədirlik etdiyi bir vaxtda Tokayevin səyi ilə Qazaxıstan dövlətinin adından bir neçə sülhməramlı təşəbbüs irəli sürülüb,  əsasən də  Qazaxıstanın  yaxın qonşuları ilə (ümumi uzunlğu 14 700 km) sərhədləri müəyyən edilib.

2013-cü ilin payızında Q.C.Tokayev Qazaxıstana qayıtdı və yenidən Qazaxıstan Parlament Senatının sədri seçildi. Bu vəzifədə isə 6 il- 2019-cu ilə qədər fəaliyyət göstərdi. Ötən illər ərzində onun rəhbərliyi altında bir çox mühüm qərarlar və qanunlar hazırlanıb qüvvəyə mindi.

Senatın rəhbəri olarkən vətənimizin bütün güşələrini gəzdi, hər yerdə yerli sakinlərlə, sadə iş adamları ilə həmsöhbət olub, onların gündəlik qayğıları ilə maraqlandı. Bu xususiyyətini Tokayev bu gün də qoruyub saxlayıb. O hər zaman ölkənin ən sıravi adamı üçün də açıqdır. Bu gün təkcə öz vətəndaşlarımız deyil, dünyanın hər yerindən olan insanlar  onun Tvitter-dəki səhifəsini izləyə və ona yaza bilirlər.

Tokayev Beynəlxalq siyasət sferası, parlament fəaliyyəti və dövlət idarəçiliyi ilə yanaşı, eyni zamanda  Müstəqil Qazaxıstanın milli indentifikasiyasının möhkəmlənməsi üçün də  öz əməyini əsirgəmir. Bu isə real faktlara söykənir.

Məsələn, qeyd etmək yerinə düşər ki, Qazaxıstan xanlığının 550 illiyi yubileyin  ilk dəfə QR Parlament Senatı Tokayevin sədirliyi ilə qeyd etdi.

O həmçinin qazax dilinin əlifbasının latın qrafikasına keçməsini ilk  dəstəkləyənlərdən biri oldu. 2017-ci ilin payızında  təhsil üzrə parlament dinləmələri zamanı çıxışında dedi: “Bizim qarşımızda çox böyük strateji əhəmiyyət kəsb edən məsələ durur- latın qrafikasına keçmək. Dövlət başçısının dediyi kimi, qazax dilinin latın əlifbasına keçməsi – bu  addımla biz  elm və təhsilin  qlobal inteqrasiya  sisteminə keçərək, özümüzün mənəvi birliyimizi qorumuş oluruq. Bu işi biz ağılla və asta-asta, böyük sıçrayışlar etmədən görməliyik.  Lakin məsələni uzatmağın da bir mənası yoxdur. Əsasən də bizim səhv etməyə haqqımız yoxdur”.

Sonuncu sözlər təsadüfən seçilməmişdi. Məlum olduğu kimi Qazxıstanın birinci brezidenti Nursultan Nazarbayevin  qazax əlifbasının latınlaşdırılması kimi strateji qərarından sonra, yeni əlifbanın müzakirəsi böyük ictimai kütlənin və alimlərin ixtiyarına verildi,  müzakirələr aparıldı və yanlışlıqlar (“diqrafik” və apostrofik”) aradan götürüldü .

Hadisələrin çox gərgin vaxtında Tokayev qazax dili üçün hazırlanmış  latın əlifbasının ilk varinatını sərt tənqid edərək, bildirdi ki, “milli komissiya hələ də latın əlifbasına keçidlə bağlı son qərarını verməyib. Buna görə də qəzetlərdə və başqa yazı vasitələrində apostrofların işlənməsindən istifadə etmək çox tezdir”.

 

Nəhayət 2018-ci ilin 19 fevralında  Q.Tokayev  bütün Qazaxıstan xalqının yeni əlifbanın qəbulu və bu tarixi hadisə münasibəti ilə təbrik etdi. Əlifba islahatı onun həyatı üçün  çox dərin məna kəsb edirdi.

Dövlət dili haqqında söhbət gedərkən, çox mühüm bir fakta – incə bir məqama  diqqət yetirmək lazımdır. Məlumdur ki, qazax intelligensiyasının sovetdən qalma nümayəndələri, eləcə də Qasım Comərd Kemeleviç  hər zaman öz ana dilini bilib, və bu dilin dərinliklərinin fövqündə dayanıb. Öz ana dilini təmiz tələffüz edir.

Bu şəxsi nümunə, bir çoxları üçün dərs ola bilər. Təki arzu olsun, sonrası təfərrüatdır.  Fəaliyyətdə olan prezident yeniliklərin ilikini özündən başladığı kimi, bunu başqalarından tələb etməyə də haqqı çatır.

Nəhayət, xatırlamaq lazımdır ki,  çox ağır hadisələrlə yadda qalan 2016-cı ildə cəmiyyətdə Torpaq Kodeksinə edilən  düzəlişlər böyük həyəcan yaratmışdı. Bu məsələnin həllində də Q.C.Tokayev çox aktiv və prinsipial bir mövqe tutdu.  2016-cı il aprelin 29-da Senatda müzakirə olunan dinləmələr zamanı o, belə bir fikir səsləndirdi: “Torpaqların xaricilərə satılması barədə  əmin olmaq azdır, həm də hamı bilməlidir ki, hüquqi və ya başqa vasitələrlə, heç vaxt, heç kim  hər hansı bir üsulla torpaq əldə edə bilməyəcək. Ona görə də, təcili surətdə Dövlət başçısının torpaqların milliləşdirilməsi barədə yuridifikasiyanın tələblərini yerinə yetirmək və  torpağın effektli və səmərəli istifadəsini təmin etmək lazımdır”.
Heç kimin üçün sirr deyil ki, qazaxların öz doğma torpaqları ilə bağlı olan bu məsələ çox böyük mənəvi  əhəmiyyət kəsb edir.

 

O ki, qaldı Q.C.Tokayevə, özünün əsil QAZAX olduğunu böyük hərlərlə yaza  bilib.  Qazaxa aid olan hər şey onun özünə aiddir, ondan yan ötməyib.

Bütün yazdıqlarımızın sonunda bunları demək olar.

Qasım Comərt  Kemeleviç Tokayev Elbasının  ən çətin məsələlərin həlində hərtərəfli mütəxəssis kimi, böyük iş təcrübəsinə malik olan bir şəxs kimi  arxalandığı, iş dalınca güvənib göndərdiyi ən inanılmış silahdaşıdır.

Mübağiləsiz qeyd etmək lazımdır ki,  ölkənin xarici siyasət kursunun formalaşmasında böyük əmək sərf etmiş şəxsdir. Senat və Parlamentin rəhbəri olub, həm də Dövlət katibi işləyib. Qazaxıstanın yeni tarixinə ən uğurlu baş nazir kimi düşüb.

Onun  intelligent görkəmi və sakit nitqi sizi çaşdırmasın: bizim qarşımızda güclü lider,  çoxşaxəli və böyük təcrübəyə malik, həm də siyasi gücü  olan dünya səviyyəli siyasətçi dayanıb.

Müstəsna insanlıq əxlaqı, korrupsiya məsələlərində və “klan”  davalarında bulaşmamaq kimi müsbət keyfiyyətləri də Tokayevi öz rəqibləri qarşısında güclü edən xüsusiyyətlərdəndir.

Qasım Comərt Tokayevin  seçkiqabağı proqramında  müasir qazax cəmiyyəti üçün önəmli olan üç istiqamət yer alıb: Varislik, Ədalət və  İnkişaf. İnkişaf- hədəfdir,  siyasi kursa varislik və sosial ədalət isə mütləqdir, bunlarsız inkişaf ola bilməz.

Fəaliyyətdə olan dövlət başçısının qüsursuz nüfuzunu və istər beynəlxalq aləmdə, istərsə də  böyük dövlət idarəçiliyi sistemindəki siyasi karyerasını və uğurlarını nəzərə alaraq, demək olar ki,  Qazaxıstan vətəndaşlarının ona inanmağa əsasları vardır. Tokayevin  seçki proqramının əsas bəndi – təkcə seçkiqabağı şüar deyil, onun həyatdakı mövqeyi və insani keyfiyyətlərdir.

Burada Qazaxıstanın birinci Prezidenti N.A.Nazarbayevin “Mənimlə birlikdə o Qazaxıstan müstəqilliyinin ilk illərindən çalışır. Mən onu yaxşı tanıyıram. O çox vicdanlı insandır, məsuliyyətli və sözünü tutandır. Ölkənin daxilində və xaricində aparılan siyasətii bütünlüklə dəstəkləyir. Bütün proqramlar onun iştirakı ilə işlənilib və qəbul edilib. Mən inanıram ki, Tokayev Qazaxıstanın idarəçiliyini etibar edilməsi  mükün olan həmin adamdır”.

Yuxarıda qeyd etdiklərimizdən sonra gəldiyimiz nəticə budur ki, çox böyük əminliklə fikirləşmək olar ki, məhz Qasım Comərd Kemeleviç Tokayev – həmin o şəxsdir ki, Nazarbayevin işini davam etdirəcək və öz ölkəsini millətin liderinin tutduğu yol ilə böyük məqsədlərə çatdıracaq.



Tərcümə etdi: Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?