Modern.az

Azərbaycanda saytlara haker hücumuna rəsmi münasibət açıqlandı

Azərbaycanda saytlara haker hücumuna rəsmi münasibət açıqlandı

17 Yanvar 2012, 16:48

Azərbaycanda rəsmi vəq eyri-rəsmi saytlara edilən dünənki haker hücumu ilə bağlı rəsmi münasibət bildirilib. Modern.az xəbər verir ki, yanvarın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlarına haker müdaxilələri baş verib. Bunun nəticəsində bir neçə dövlət orqanının və ictimai təşkilatın saytlarının işində problemlər yaranıb.
Bu gün məsələyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin münasibəti açıqlanıb:

“Hadisə baş verən ilk andan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aidiyyatı qurumlarla birlikdə vəziyyəti nəzarətə götürüb, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılıb. Müəyyən olunub ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilib. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə İnternetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülən işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hazırda müdaxilə olunan saytların fəaliyyəti bərpa edilib və işlək vəziyyətdədir.

Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, belə əməllərdən çəkinməyə çağırırıq. Hazırda baş verən faktın ətraflı araşdırılması aparılır və onlar əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atılacaq. Görülən işlər barədə ictimaiyyət əlavə məlumatlandırılacaq”-deyə nazirlik bəyan edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal