Modern.az

Heydər Əliyevin büstünü boyayan polis rəisini siz də tanıyın - FOTO

Heydər Əliyevin büstünü boyayan polis rəisini siz də tanıyın - FOTO

8 İyun 2019, 11:41

Şəkildə gördüyünüz bu adam Türkiyənin İğdır Bələdiyyəsinin polis rəisi Erdal bəydir. Türkiyə mediasının yaydığı xəbərdə bildirilir ki, o, hər ay İğdırda ulu öndər Heydər Əliyevin  adını daşıyan parka gedib, onun büstünü özü təmizləyir və qızıl suyuna boyayır.

Modern.az-ın məlumatına görə, fotonu şərh edən deputat Sahib Alıyevin sözlərinə görə, Erdal bəy Heydər Əliyevi 1990-cı ildə hələ Naxçıvanda olarkən tanıdığını və o zamandan da ona böyük sayğı və sevgi bəslədiyini bildirir.

“Mənim dövlətimin qurucusuna bu cür sayğı və sevgisinə görə örnək Adam Erdal bəyə təşəkkürümü çatdırıram!”, - deputat qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?