Modern.az

Azərbaycanda qeydiyyatdan keçən fiziki və huquqi şəxslərin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatdan keçən fiziki və huquqi şəxslərin sayı açıqlanıb

17 Yanvar 2012, 17:31

Dövlət Statistika Komitəsi 2011-ci il ərzində yeni yaradılmış hüquqi və fiziki şəxslərin sayını açıqlayıb. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2011-ci ildə hüquqi və fiziki şəxslərin sayı artmaqda davam edib və il ərzində 5137 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan 268-i dövlət mülkiyyətinə, 5-i bələdiyyə mülkiyyətinə, 4298-i xüsusi mülkiyyətə mənsub olub. Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir.
Yeni müəssisələrin 61.5 faizi Bakıda, 10.3 faizi Aran, 7.6 faizi Abşeron, 5.3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılıb.
Azərbaycan Respublikasının vergi orqanlarının məlumatlarına əsasən, keçən il ərzində 57576 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal