Moldovada prezident vəzifəsini icra edən Pavel Filip parlamentin buraxılması və növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, sözügedən fərmanı brifinq zamanı jurnalistlərin qarşısında imzalayıb.
“Konstitusiya məhkəməsi parlamentin buraxılması şərtlərini təsdiqlədi. Sizin qarşınızda prezident seçkilərinin sentyabrın 7-də keçirilməsi haqda fərman imzalayıram”, - Filip deyib.
Qeyd edək ki, Moldovanın Konstitusiya məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Pavel Filipə verib.