Bu gün Qazaxıstanda icazəsiz aksiyada iştirak edən 500-ə qədər şəxs saxlanılıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında bildirib.
M.Kojayev deyib ki, küçələrdə icazəsiz aksiyaların keçirilməsi ilə vəziyyəti gərginləşdirmək cəhdi olub, 500-ə qədər şəxs saxlanılıb: "Həmin şəxslərin saxlanılması zamanı xüsusi vasitələrdən istifadə edilməyib. Ümumilikdə isə bu gün Prezident seçkiləri sakit keçib, seçki məntəqələrində pozuntulara yol verilməyib".