Modern.az

Londonda yeddimərtəbəli yaşayış binası yanır

Londonda yeddimərtəbəli yaşayış binası yanır

9 İyun 2019, 21:17

Londonun şərqindəki Barkinq rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə yüzdən çox yanğınsöndürən cəlb olunub.

 

Məlumata görə, 15 yanğınsöndürən maşın və 100-dən çox yanğındanmühafizə xidmətinin əməkdaşı Barkinqdə, De Pass Qardens küçəsindəki yanğının söndürülməsinə göndərilib.

 

Bildirilir ki, hazırda yanğın binanın bütün 7 mərtəbəsini bürüyüb. Yanğının səbəbləri hələ ki məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!