Modern.az

Bir milyondan artıq insan küçələrə çıxdı

Bir milyondan artıq insan küçələrə çıxdı

9 İyun 2019, 21:50

Bir milyondan artıq insan küçələrə çıxıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Honkonqda 1 milyondan çox insan ekstradisiya haqqında qanunun əleyhinə çıxaraq etiraz aksiyalarında iştirak edib.

 

Məlumata görə, etiraz aksiyaları sakit keçsə də, şəhərin bəzi bölgələrində polislə kiçik qarşıdurmalar olub.

 

Qeyd olunur ki, Honkonq Çin, Makao və Tayvanla materik ekstradisiyası haqqında razılaşmaya qoşulmayıb. Hazırda rəsmilər bununla bağlı qanun layihəsi hazırlayır.

 

Qanunun qəbul edilməsi ideyası ictimaiyyət arasında ziddiyyətlə qarşılanıb və etiraz aksiyalarına səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!