Modern.az

Qazaxıstanda seçki günü kütləvi həbslər olub

Qazaxıstanda seçki günü kütləvi həbslər olub

10 İyun 2019, 08:24

Bazar günü erkən prezident seçkiləri keçirilən Qazaxıstanda yüzlərlə adam müxtəlif şəhərlərdə küçələrə çıxaraq etiraz aksiyaları keçirib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, polis etirazçılardan bəzilərini saxlayıb.

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindəki etiraz mitinqində 700-dək adamın, Almatı şəhərində seçkiləri boykot etməyə çağıran 300-ə yaxın etirazçının toplaşdığı bildirilib.

Etirazçılar seçkiləri ədalətsiz və qeyri-demokratik sayır, seçkilərin nəticələrinin isə əvvəlcədən məlum olduğunu deyirlər.

Qazaxıstan Daxili İşlər nazirinin birinci müavini Marat Kojayevin bildirdiyinə görə, Nur-Sultan və Almaatı şəhərlərində icazəsiz mitinqlərin iştirakçılarından 100-dək adam saxlanılıb.


Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində “exit-poll”un nəticələrinə görə, seçicilərin 70,13 faizi Kasım-Jomart Tokayevə səs verib.

Seçkilərdə Nur Otan partiyasından Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparıb.

Qeyd edək ki, cari ilin mart ayında Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin istefa verməsindən sonra Kasım-Jomart Tokayev müvəqqəti dövlət başçısı təyin edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!