Qazaxıstanda prezident seçkilərinin nəticələri açıqlanıb.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata əsasən, Kasım-Jomart Tokayev seçkilərin qalibi olub.
Onun 70,76% səs topladığı açıqlanıb.
Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçirilib.