Modern.az

Anatoli Çubays teleaparıcı ilə evlənir

Anatoli Çubays teleaparıcı ilə evlənir

18 Yanvar 2012, 12:37

Bu, Rusiyanın ən tanınmış siyasətçisinin üçüncü evliliyi olacaq

Anatoli Çubays bütün əmlakını əvvəlki arvadına saxlayaraq növbəti dəfə evlənmək qərarına gəlib. Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, Çubaysın bu dəfəki nişanlısı tanınmış teleaparıcı, ssenarist və rejissor Avdotya Smirnovadır. Məlumatda qeyd edilir ki, toyla bağlı heç kim rəsmi açıqlama verməsə də, məlumatlı şəxslər deyiblər ki, cütlük yanvarın 17-də evlənib. Digər xəbərə görə, evlənmə mərasimi bu gün keçiriləcək. 

52 yaşlı Çubays və 42 yaşlı Smirnovanın bilərəkdən iş günlərindən birini seçməsinə gəldikdə, bildirildiyinə görə, məqsəd jurnalistlərin diqqətini çəkməməkdir,

Anatoli Çubays üçün bu üçüncü evlilikdir. Birinci evlilikdən iki övladı dünyaya gəlib: oğlu Aleksey və qızı Olqa. Ən uzun çəkən ikinci evliliyi – təxminən 22 il olub. Keçmiş arvadı, iqtisadçı Mariya Vişnevskayaya, şayiələrə görə, “Rosnano”nun rəhbəri bütün əmlakını saxlayıb. Deyilənə görə, bunların arasında Moskvadakı ümumi sahəsi 175,8 kv. metr olan mənzil, Moskva ətrafındakı 55,5 min kv. metrlik torpaq sahəsi və Tver vilayətindəki 1,7 min kv. metrlik ərazi, eləcə də BMV X5 və digər avtomobillər olub. Çubaysın 2010-cu ildə qazancının təqdim etdiyi deklorasiyaya görə 212 milyon rubl olduğu bildirilir.

Çubays hələ də müasir Rusiyanın ən ziddiyyətli siyasətçilərindən biri hesab olunur. O, 1991-ci ilin noyabr ayından müxtəlif vasitələrlə müxtəliv vacib vəzifələrdə çalışıb, hətta baş nazirin müavini, maliyyə naziri və prezident administrasiyanın rəhbəri də olub. Çubays Rusiya energetikasının mahir islahatçısı da sayılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal