Modern.az

Səbailin icra başçısı 20 Yanvar əlilini pulsuz mənzillə təmin edib

Səbailin icra başçısı 20 Yanvar əlilini pulsuz mənzillə təmin edib

18 Yanvar 2012, 12:48


Səbail rayon İcra Hakimiyyəti tərəfindən  20 Yanvar Faciəsinin 22 illiyi qeyd olunur. Rayonun ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Pedaqoci Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetlərində, Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinə  həsr olunmuş toplantı və xatirə mərasimləri    keçirilib.  Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunub, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar foto stendlər düzəldilib, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılıbr. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir,  şagird və tələbələrin  «Şəhidlər Xiyabanı»na  ziyarəti təşkil  olunur. Yanvar ayının 18-19-da rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilib.

Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov Modern.az-a bildirib ki, Şəhidlər xiyabanının Səbail rayonu ərazisində yerləşməsi ilə əlaqədar rayonun təsərrüaft xidmətləri bu günlərdə xüsusi iş recimində çalışırlar. Xiyaban və onun ətrafında abadlıq işləri aparılır, burada təmizliyin təmin olunması üçün əlavə işçilər cəlb olunub. Bu il xiyabanda daha bir yenilik edilib, yaşlı, xəstə, fiziki qüsurlu vətəndaşların ziyarətinin asanlaşdırılması üçün burada eskalator quraşdırılıb.
20 Yanvar günündə ictimai asayişin və Şəhidlər xiyabanına ziyarətə gələnlərin təhlükəsizliyinin təmin olunması və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün Səbail rayon Polis İdarəsinin şəxsi heyəti gücləndirilmiş iş recimişdə çalışacaqlar.

Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki «Cümə məscidi»ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.

Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu və Mərkəzinin, Ağsaqqallar və Veteran Təşkilatları Şurasının nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə görüş keçirilib.
Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd olunub ki, 2011-сi ildə II qrup  20 Yanvar əlili, rayon sakini Elmar Həşimovun ailəsi RİH-nin köməyi ilə yeni mənzillə təmin olunub.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və  ərzaq bağlamaları  təqdim olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal