Modern.az

Azərbaycana gələn Türkiyə deputatları açıq danışdılar

Azərbaycana gələn Türkiyə deputatları açıq danışdılar

18 Yanvar 2012, 13:26

Azərbaycana səfərə gələn Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıda Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Heyətə dostluq qrupunun 4 üzvü daxildir: Necdət Ünüvar (AKP), Şuay Alpay (AKP), Əli Özgündüz (CXP) və Sinan Oğan (MHP).

Nümayəndə heyətinin rəhbəri Necdət Ünüvar jurnalistlərə açıqlamasında deyib ki, səfərdə məqsəd Milli Məclis və ölkə rəhbərliyi ilə görüşlər keçirmək, ikitərəfli əlaqələri, yanvarın 23-də Fransa Senatında saxta “erməni soyqırımı” iddialarının inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin səsverməyə çıxarılması məsələsini müzakirə etməkdir.

Türkiyəli deputat vurğulayıb ki, Azərbaycan rəhbərliyinin bu məsələ ilə bağlı konkret mövqe ortaya qoymasını gözləyirlər və səfərə də buna görə gəliblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal