Modern.az

Elmar Məmmədyarov türkiyəli deputatları qəbul edib - FOTO

Elmar Məmmədyarov türkiyəli deputatları qəbul edib - FOTO

18 Yanvar 2012, 13:44


Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Modern.az saytına XİN mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Necdet Ünüvar Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə toxunaraq, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib və bildirib ki, Van şəhərində baş vermiş zəlzələ amanı Azərbaycanın göstərdiyi ilk humanitar yardım bunun bariz nümunəsidir.

Necdet Ünüvar Azərbaycanın BMT TŞ-nın 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçilməsini ölkəmizin böyük uğuru kimi qiymətləndirib və müvəffəqiyyət  arzulayıb. Qonaq Azərbaycan Respublikasının Türk dünyasında müstəsna yerə malik olduğunu vurğulayıb.

Görüş zamanı  regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Hammam Hamudinin rəhbərlik etdiyi nümayəndə heyətini nə qəbul edib.

Elmar Məmmədyarov Azərbaycanla İraq arasındakı münasibətlərin uğurla inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun  genişləndiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunun, xüsusilə də parlament diplomatiyasının əhəmiyyətini qeyd edən nazir iraqlı parlamentarilərin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə tövhə verəcəyinə əmin olduğunu bildirib.

Görüş zamanı İraqın iqtisadi durumu və ölkədə baş verən proseslər, iki ölkə arasında müqavilə-hüquq bazasının və əməkdaşlıq sahələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal