Modern.az

Türkmənistanda prezidentliyə 8 namizəd qeydə alınıb

Türkmənistanda prezidentliyə 8 namizəd qeydə alınıb

18 Yanvar 2012, 14:04

İndiki prezidentin müxalifətdən heç bir rəqibi yoxdur

Türkmənistanda prezidentliyə namizədlərin qeydiyyata alınması müddəti başa çatıb. Modern.az saytı Türkmənistan kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, ikinci müddətə seçilməyə iddialı olan indiki prezident Qurbanqulu Berdımuhammədova 7 alternativ olacaq. Onlar bir sıra müəssisələrin rəhbərləri və məmurlardır. Namizədlərin arasında heç bir müxalifət nümayəndəsi yoxdur.

Türkmənistanda prezident seçkiləri fevralın 12-nə təyin olunub. Qurbanqulu Berdımuhammədov 2007-ci ildən prezidentdir. O, bu postda Türkmənistanı 20 il idarə edən və özünü ömürlük prezident elan edən Saparmurad Niyazovu əvəzləyib.

İndiki prezidentin 2007-ci il seçkilərində 4 rəqibi olub. O zaman, rəsmi məlumatlara görə, Berdımumammədov səslərin 90 faizini qazanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal