Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olub və 0,5 min nəfər ölkədən gedib. İmmiqrantların 77,1 faizini Rusiya Federasiyasından, 8,1 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1 faizini, 32,7 faizini, və 8,4 faizini həmin ölkələrə gedənlər təşkil ediblər.