Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, Azərbaycanda avtomobillərin sayı 2011-ci il ərzində 59,8 min ədəd artaraq 1042,3 min ədədə çatıb. Hazırda hər 100 ailədən 42-də şəxsi minik avtomobili var.
Hazırda əhalinin hər 100 nəfərinə 101 mobil telefonu düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ölkə əhalisinin hər iki nəfərindən biri internetdən istifadə edib.
Modern.az