Modern.az

Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin müavinini qəbul edib

Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin müavinini qəbul edib

18 Yanvar 2012, 16:08


Prezident İlham Əliyev yanvarın 18-də ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib. AzərTAc-ın məlumatına görə, Erik Rubin Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, ölkəyə prezidentin və dövlət katibinin tapşırığı ilə səfər etdiyini vurğulayıb. Erik Rubin 2012-ci ildə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev 2012-ci ildə Azərbaycanla ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu deyib.

Görüşdə 2012-ci ildə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal