Modern.az

Fuad Muradov: “Həmsədrlik institunda Fransanı Almaniya əvəz edə bilər…”

Fuad Muradov: “Həmsədrlik institunda Fransanı Almaniya əvəz edə bilər…”

19 Yanvar 2012, 09:00

“Fransa Senatı da  bu ölkənin Milli Assambleyası kimi yanvarın 23-də keçiriləcək iclasında qondarma  “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanun layihəsini qəbul edərsə,  o zaman Fransanın ATƏT-in  Minsk qrupunda  həmsədr  dövlətlərdən biri kimi tərəfsiz mövqe tutacağı ciddi sual altına düşəcək”.

Bunu parlament jurnalistlərilə görüşdə millət vəkili Fuad Muradov deyib. O, qeyd edib ki, Fransa parlamenti  hələ  bir neçə il  öncə spzdə “erməni soyqırımı”nı tanıyıb. Bu da həmin ölkənin  nüfuzuna, Qarabağ münaqişəsinin  sülh yolu ilə  tənzimlənməsində vasitəcilik missiyasını həyata  keçirən  həmsədr  ölkələrdən biri kimi obyektivliyinə kölgə salır: “İndi bu ölkənin Senatı  yenidən   yalnış və ədalətsiz qərar qəbul edərsə, bu, bütövlükdə  Fransanın Qarabağ məsələsinin həllində vasitəçilik missiyasına böyük ziyan vuracaq.  Fransa bundan sonra nəyisə bəyan etsə, artıq onun tərəfsizliyinə, obyektivliyinə  heç kim inanmayacaq.  Bu isə heç şübhəsiz həmin ölkənin ATƏT-in  Minsk qrupunun həmsədrliyindən uzqalaşdırılması məsələsini gündəmə gətirəcək.
Onu da qeyd edim ki, bu gün  ATƏT-in  Minsk  qrupu hec də  3 ölkədən ibarət deyil, bu qrupda 11 ölkə, o cümlədən, Almaniya, Türkiyə təmsil olunur. Bu baxımdan hesab edirəm ki, Fransanın həmsədrlikdən uzaqlaşdırılması, onun başqa ölkə ilə əvəz olunması məsələsi ilk növbədə həmin dövlətlər tərəfindən  qaldırılmalı  və  həmsədrlikdən  uzqalaşdırılmalıdır. Konkret olaraq Alamniya, Türkiyə bu institutda Fransanı əvəz edə bilər”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal