13 Yanvar 2012-ci il tarixində “Renault”un Azərbaycanda rəsmi nümayəndəsi “Nurgün Motors” idxalına başladığı Yeni Renault Fluence və Yeni Renault Megane avtomobillərinin test-drayvını təşkil etdi. Bu işdə “Nurgün Motors”a “Renault”un Azərbaycanda rəsmi PR partnyoru “Red Communications” şirkəti yardımçı oldu. Rəsmi satış mərkəzində qısa təlimatdan sonra media nümayəndələri test-drayv üçün ayrılmış avtomobillərdə marşrut üzrə hərəkət etməyə başladılar. Tes-drayv üçün məkan kimi isə, Azərbaycanın tarixi məkanlarından biri, açıq səma altında muzey - Qobustan qoruğu seçilmişdi.
İndi isə bir qədər avtomobillər haqqında:
RENAULT MEGANE - Bu avtomobil özündə xarici cazibəlik və etibarlılığı birləşdirərək, gündəlik istismarda funksionallıq və təhlükəsizliyə zərər gətirmədən, sürücüyə idarə etmədən həzz almaq imkanı verir. Yerli müştərilərə avtomobil iki növ komplektasiyada təklif olunur: 1,6 l benzin mühərrikli, dördpilləli avtomatik ötürücü qutu və 2,0 l benzin mühərrikli avtomatik ötürücü qutu ilə (variator). Baza komplektasiyasında yeni Megane xetçbekin qiyməti 17 600 AZN təşkil edir. Yeni Megane-ın buraxılışı C seqmentində Renault model sırasının yenilənməsinin başlanğıcıdır. Yeni Megane mükəmməl hərəkət keyfiyyəti, yüksək səviyyəli komfort, erqonomiklik və müasir təchizatı ilə seçilir.
RENAULT FLUENCE - gəlişini bu sözlərlə bəyan edir: YENİ SƏVİYYƏYƏ XOŞ GƏLMİSNİZ! Özünəməxsus üslubu və zərifliyi ilə seçilən Renault Fluence sedan olaraq, ölçüsü və xüsusiyyətlərinə görə C və D seqmentlərinin kəsişməsində yer alır. Azərbaycan istehlakçılarına Renault Fluence 1,6 l (avtomatik ötürücü qutu) və 2,0 l (variator) benzin mühərrikləri ilə təklif olunur. Modelin baza komplektasiyasında qiyməti 17 200 manat təşkil edir.
“Nurgün Motors” Renault avtomobillərini əldə etmək üçün 15% ilkin ödəniş, 16% bank faizi olmaqla sərfəli kredit şərtləri təklif edir:
Avtomobillərə 3 il və ya 100 000 km zəmanət verilir.
Modellər haqqında ətraflı məlumatı "Renault Azərbaycan"ın facebook səhifəsində tapa bilərsiniz:
Ünvan: Bakı şəhəri, Babək prospekti 28D
Telefon: (+994 12) 447 27 21