Modern.az

Mansur Piriyev “Tərəqqi” medalı ilə təltif olunub

Mansur Piriyev “Tərəqqi” medalı ilə təltif olunub

Media

13 İyun 2019, 20:49

Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərini təltif edib.

Modern.az xəbər verir ki, təltif edilənlər arasında Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev də var. O, “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, Mansur Piriyev 2018-ci ildə bu vəzifəyə təyin olunub.

Əvvəllər isə o, “BakuBus” MMC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış