Belarus prezidenti Aleksandr Lukaşenko parlament seçkilərindən sonra respublikanın siyasi sistemində islahatların həyat keçirilməsini mümkün hesab edir. Modern.az saytı Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, prezident hazırda bununla bağlı dünyadakı müəyyən təcrübələri öyəndiklərini deyib: “Əlbəttə, bu təcrübəyə əsaslanıb öz siyasi sistemimizi modernləşdirəcəyik”.
Belorusda parlament seçkiləri bu ilin payızında keçiriləcək. Lukaşenko deyib ki, parlament seçkilərini keçirib siyasi islahatlar haqda ciddi düşünəcəklər. Bununla belə, o, ölkədə islahatların o qədər də sərt xarakteli olmayacağını vurğulayıb: “Mən bu haqda ilk dəfə danışıram. Amma çoxdan düşünürdüm, bu problemi müzakirə etmişəm. Biz asta-asta bu istiqamətdə hərəkət etməyə başlayacağıq”.
Lukaşenko ilk dəfə 1994-cü ildə prezident olub. 2010-cu ilin dekabr ayında dördüncü dəfə bu ali dövlət postuna seçilib. Müxalifət ötən seçkilərin saxtalaşdırıldığını iddia edərək çoxsaylı tərəfdarlarının iştirakı ilə etiraz aksiyaları keçirsə də, hakimiyyət tərəfindən ciddi təzyiqlə üşləşmişdi. Həmin hadisələr zamanı təxminən 700 nəfər saxlanılmış və müxtəlif təzyiqlərlə üzləşmişdi. Prezidentin seçkidə rəqibi olan opponentlərinin demək olar hamısı tutulmuşdu. Prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç və Andrey Sannikov hələ də həbsxanadadır. Qərbdə isə Lukaşenkonu “Avropanın sonuncu diktatoru” adlandırırlar.