Modern.az

Silahlılar  62 nəfəri qətlə yetirdilər

Silahlılar  62 nəfəri qətlə yetirdilər

Dünya

13 İyun 2019, 21:38

Nigeriyada silahlılar 8 kəndi qarət edərək 62 nəfəri öldürüblər.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Niger ştatında baş verib.

Ölkə polisinin nümayəndəsi hələlik 12 qətli rəsmi olaraq təsdiqləyib. Lakin ölənlərin dəqiq sayını müəyyənləşdirmək üçün hadisə yerinə təhqiqatçılar göndərilib.

 

Senator Devid Umaru hücumdan zərər çəkən ərazilərə güc strukturlarının əlavə qüvvələrinin göndərilməsini təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi