Bu gün Milli Məclisdə Azərbaycanda səfərdə olan İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin rəhbərlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib. Modern.az saytı xəbər verir ki, Milli Məclisin İƏT PA ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Gövhər Baxşəliyeva Azərbaycanın hər zaman beynəlxalq təşkilatlardaİraqın haqq səsini dəstəkləyib.
Hamudi Azərbaycana səfərlərinin çox maraqlı keçdiyini vurğulayıb. İraq parlamentinin komitə sədri bir milyondan çox Azərbaycan vətəndaşının Qarabağın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşdüyünə üzüldükləribni qeyd edib. O, tezlikllə torpaqların işğaldan azad edilməsini və məcburi kğçkünlərin öz doğma yurd-yuvalarına qayıtmalarını arzuladığını bildirib.