Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Qırğızıstan Respublikasında səfərdə oluub. Səfər zamaı O, Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev və baş nazir Omurbek Babanovla görüşlər keçirib.
Rövnəq Abdullayevin baş Nazir Omurbek Babanovla görüşü zamanı qırğız hökuməti tərəfindən Azərbaycan investisiyasının Qırğızıstanın neft sənayesinə və iqtisadiyyatına qoyulması üçün hərtərəfli yardım və dəstək olunması və eləcə Azərbaycan və Qırğızıstan arasında dostluq əlaqələrinin, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi barədə fikir mübadilələri aparılıb.
ARDNŞ prezidenti Rövnəq Abdullayev öz növbəsində Azərbaycan tərəfinin Qırğızıstanın neft sənayesinə investisiyasının yatırılması, Qırğızıstanda Neft Emalı Zavodunun tikilməsinin və yaxın zamanlarda Qırğızıstanda geoloji-kəşfiyyat işlərinin aparılması üçün bir qrup mütəxəssislərin Qırğızıstana göndərilməsi məsələlərini baş nazirin nəzərinə çatdırib.
Daha sonra Rövnəq Abdullayevin Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev ilə təkbətək görüş keçirilib. Danışıqlar zamanı Almazbek Atambayev tez bir zamanda Qırğızıstana ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev tərəfindən başcılıq etdiyi nümayəndə heyətinin göndərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.
Almazbek Atambayev Azərbaycan Qırğızıstan iqtisadi əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini vurğulayaraq qeyd edib ki, Qırğızstan tərəfi ARDNŞ-a ildə iki milyon ton neft istehsal həcmi olan neft istehsalı zavodunun 2013-cu ilə qədər tikilərək təhvil verilməsi üçün təklif verib. Qırğız hökuməti isə öz növbəsində ARDNŞ-a bu işdə hər cür köməklik və şəraitin yaradılması dəstək verəcək. Nəzərdə tutulan neft istehsalı zavodunun işə salınması təqdirdə Qırğızstanın digər ölkələrdən neftdən olan asılılığını daxili təbii sərvətlər hesabına aradan qaldırmış olacaq, və eləcə də ölkə neft yanacaq məhsulları ilə tam təmin olunaçaqdır.
Ləman Ağayeva
Bişkek