Modern.az

“Təhsil krediti haqqında” qanun layihəsinin müzakirəsi başladı - ŞƏRTLƏR

“Təhsil krediti haqqında” qanun layihəsinin müzakirəsi başladı - ŞƏRTLƏR

Ölkə

19 Yanvar 2012, 13:35

Əli Məsimli: “Biz layihə müəllifləri faizsiz sosial kreditlərin verilməsini təklif edirik”

Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında “Təhsil krediti haqqında” qanun layihəsi müzkirə olunub. Modern.az saytının əməkdaşının verdiyi məlumata görə, komitəsin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanunun qəbul olunması Azərbaycanda azad bazar münasibətlərinə keçidlə bağlıdır. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində təhsil krediti praktikası mpövcuddur:
“Bu baxımdan Azərbaycanda da bu praktikadan istifadə zamanı yetişib. Hazırda ölkədə fəaliyyərt göstərən bir çox özəl ali təhsil müəssisəsində iqtisadiyyatın bir çox sahələri üzrə mütəxəssislər hazırlanır. Təbii ki, söhbət özəl təhsildən gedirsə, bu zaman təhsil kreditibnə də ehtiyac yaranır. Çünki bəzən ailələr imkansız olduğundan təhsil haqqının ödənilməsində problemlər yaranır. Hətta bəzən imkansızlıq səbəbindən bəzi tələbələr təhsillərini yarımçıq qoymalı olurlar. Ona görə bu cür problemin həlli üçün “Təhsil krediti haqqında” qanunun qəbulu zəruridir”.

Komitənin üzvü Əli Məsimli deyib ki, deputat həmkarı Vahid Əhmədovla bu qanun layihəsini qanunvericilik təşəbbüsü hüququndan çıxış edərək hazırlayıblar:

“Layihə hazır olandan sonra Milli Məclisin rəhbərliyinə, aparata təqdim etdik. Rəhbərlik layihəyə rəy verilməsi üçün sənədi Təhsil Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Mərkəzi Banka göndərdi. Həmin qurumlardan rəylər artıq daxil olub və layihənin təkmilləşdirilməsi zamanı istifadə olunacaq”.

Ə.Məsimlinin sözlərinə görə, təhsil kreditinin verilməsi üçün layihədə iki şərt irəli sürülür:

“Bunlardan biri sosial kreditlərin verilməsidir və bu forma daha məqsədəuyğun sayılır. Layihədə göstərilib ki, bu forma kreditlər faizsiz verilir. Digər forma kreditlər faizlə verilə bilər. Bu zaman kommersiya banklarını həvəsləndirmək məqsədilə kreditlərin 5 faizlə verilməsi təklif olunur. Geri qaytarılması müddəti isə 20 il nəzərdə tutulur”.

Kreditlərin kimlərə şamil olunacağına gəldikdə, deputatın fikrincə, ilkin mərhələdə pullu təhsil alan tələbələrə verilməsi nəzərdə tutulub: “Sonradan orta ixtisas məktəblərində oxuyanlara da təhsil kreditləri verilə bilər”. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər