Modern.az

Prezident İlham Əliyev Rusiyaya getdi

Prezident İlham Əliyev Rusiyaya getdi

Təhsil

23 Yanvar 2012, 10:46


Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gedib.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Qeyd edək ki, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin müzakirəsilə bağlı prezidentlərin bu günkü növbəti görüşündə iştirak edəcək. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal