Modern.az

“Mən bu məsələni parlamentdə qaldırsam, deyəcəklər ki, aha, Hadi müəllim yenə başladı”

“Mən bu məsələni parlamentdə qaldırsam, deyəcəklər ki, aha, Hadi müəllim yenə başladı”

Təhsil

23 Yanvar 2012, 11:14

“Ərzağın  zənginləşdirilməsi  məsələsi  qanunvericilikdə  mütləq əksini tapmalıdır. “Əhalinin sağlamlığının qorunması haqqında”  qanuna bir sıra ciddi əlavə və düzəlişlərin edilməsinə ehtiyac var”.

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu fikirləri Modern.az saytına açıqlamasında deyib.

Komitə sədrinin qeyd etdiyinə görə, həmin dəyişikliklərdən ən əsası  ərzağın zənginləşdirilməsini  nəzərdə tutan  müddəadır.

H.Rəcəbli bildirib ki, bu gün dünyada ərzağın zənginləşdirilməsi qədər vacib heç nə yoxdur:

“Mən bu məsələni parlamentdə qaldırsam, deyəcəklər ki, aha, Hadi müəllim yenə başladı. Yadınıza gəlirsə, vaxtı ilə  “Duzun yodlaşdırılması haqqında”  qanun parlament müzakirələrinə çıxarılarkən də belə bir aqibətlə üzləşmişdim, məni az qala duz mafiyası yaratmaqda ittiham edirdilər... Ancaq bununla balə hesab edirəm ki, ərzağın zənginləşdirilməsi məsələsi də çox vacibdir. Cin kimi bir  ölkə  əhalisinin əksəriyyətinin boyunun hündürlüyünü məhz ərzağın  zənlişdirilməsi hesabına artıra bilib. Rəsmi məlumata görə, son 7 ildə bu ölkədə çinlilərin boyu 8 santimetrə qədər  uzanıb. Demək istəyirəm ki, bizdə istehsal olunan və ölkəmizə daxil olan  ərzaq məhsullarının tərkibində də  bəzi vacib maddələr yoxdur . Olmali ikən, yoxdur! Taxılın tərkibində filan maddə olmalı idi, indi yoxdur, şəkərin tərkibində filan maddə olamalı idi, indi yoxdur! Ancaq hesab edirəm ki, onlar olmaldır, həmin məhsullar başqa qarışıqlar hesabına zənginləşdiriləməlidirlər. Bunu bütün dünya edir, yaşayır, lakin biz hələ indi camaata bunu başa salırıq.  Özü də bu məsələdə  “bunu etmək lazımdır” ifadəsi  artıq gündəmdən çıxarılmalıdır , “bu, edilməlidir” ifadəsi gündəmdə olmalıdır. Bu baxımdan istəyirik ki, qarşıdan gələn yaz sessiyasının gündəliyinə  bu məsələni-“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər məsələsini də çıxaraq. Bu, olduqca vacibdir”-deyə, parlamentin komitə sədri sonra sözlərinə əlavə edib”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal