Modern.az

Nazirlik: "Azərbaycan əhalisinin 95%- i Olimpiadaının Bakıda keçirilməsini istəyir"

Nazirlik: "Azərbaycan əhalisinin 95%- i Olimpiadaının Bakıda keçirilməsini istəyir"

Təhsil

23 Yanvar 2012, 12:50

“Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020-ci ildəki Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar etdi”. Modern.az xəbər verir ki, bu məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilib ki, 2011-ci ilin dekabrında keçirilən  rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93%- i Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır.

“Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50%- i Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin, 30% iştirakçı isə Olimpiya Oyunlarının paytaxtımızda uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduqlarını bildiriblər”-deyə nazirlikdən bildirilib.

Aparılmış sorğuya münasibətini bildirən “Bakı-2020” Təşkilat Qrupunun icraçı direktoru Könül Nurullayevanın fikrincə, sorğunun nəticələri Təşkilat Qrupunun fikrini  bir daha təsdiq edir:
“Ölkə Prezidentindən tutmuş məktəbdəki şagirdlərədək əhalimiz yekdilliklə Bakının Olimpiya oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəmiz, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyurlar.” 

Bakının 2020-ci ilin Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəməsinin səbəblərinə də toxunan Könül Nurullayeva deyib:
“Bizim məqsədimiz yalnız Olimpiya Oyunlarının dünyanın ən möhtəşəm tədbiri kimi Bakıda keçirilməsi deyil. Olimpiya məşəlinin 2020-ci ildə ilk dəfə olaraq Bakıya gətirilməsi ölkəmizə özünün böyük idman potensialını həyata keçirmək, Azərbaycanda idmanın və həmçinin cəmiyyətin də inkişafına böyük təkan vermiş olar. Azərbaycanın çox gənc əhalisi var. Əhalimizin 50%-dən çoxu 30 yaşdan cavandır. Olimpiya Oyunları vasitəsilə biz hamımız milyonlarla gənc kişi və qadın idmançılarımızın uğurlarını artıra bilərik, komanda oyunlarının inkişafını gücləndirə və yeni idman növlərini  Azərbaycana gətirərik. Ev sahibliyinə namizədliyimiz uğurlu olarsa, biz Olimpizm dəyərlərini bütün regiona yaymış olarıq, və beləliklə idman cəmiyyətimizin inkişafında mühüm rol oynayar”.

Sözügedən sorğu 26-30 dekabr 2011-ci il tarixlərində1000 nəfər respondent arasında Bakı (50%), Gəncə (25.7%) və Sumgayıt (24.3%) şəhərlərində keçirilib.

2012-ci ilin mayında Beynəlxalq Olimpiya Komitəsinin İcra Komitəsi 2020-cil ilin Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi seçiminə qatılacaq rəsmi namizəd şəhərlərin adlarını elan edəcək. Rəsmi namizəd şəhərlər siyahısına düşmək üçün Bakının rəqibləri Tokio, Madrid, İstanbul, Roma və Doha şəhərləridir. 2020 Ev Sahibi Şəhərinin yekun seçimi isə 7 sentyabr 2013-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Buenos Ayres şəhərində keçiriləcək 125-ci iclasında baş tutacaq.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal