Modern.az

Ərdoğan: "Senat bu qanunu təsdiqləsə, bir daha Fransaya getməyəcəm"

Ərdoğan: "Senat bu qanunu təsdiqləsə, bir daha Fransaya getməyəcəm"

Təhsil

23 Yanvar 2012, 15:07

Türkiyənin Baş naziri Rəcəb Tayyub Ərdoğan Fransa Senatında bu gün müzakirə ediləcək qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanı nəzərdə tutan qanun layihəsi barədə danışıb.

Modern.az Türkiyə mediasına istinadən Baş nazirin fikirlərini təqdim edir:

“Ümid edirik ki, Senat öz qərarı ilə Fransanı öz dəyərlərinə zidd ölkə mövqeyinə salmaz. Çünki hazırda müzakirə etdikləri mövzu Fransanın azadlıqlar barədə bu günə qədər dediklərini rədd edir. Bu qanun layihəsi bir daha fikir azadlığına zidd münasibətdir”.

Ərdoğan bu addımın may ayında keçiriləcək prezident seçkisinə istiqamətli investisiya olduğunu qeyd edib.

“On minlərlə türk vətəndaşının Parisdə bir araya gəlməsi bunun gələcəkdə necə bir nəticə verəcəyini sərgiləməkdədir. Alınan qərara görə bizim də cavablarımız olacaq. Bu, Fransanın azadlq iddialarının inkarıdır. Qanun layihəsi təsdiqlənərsə, bir daha Fransaya getməyəcəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal