Modern.az

Fransa Senatında “erməni soyqırımı”na dair sənədin müzakirəsi başlayıb - VİDEO

Fransa Senatında “erməni soyqırımı”na dair sənədin müzakirəsi başlayıb - VİDEO

Təhsil

23 Yanvar 2012, 18:39


Bu gün Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
Bu sənəddə uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro miqdarında cərimələnməsi nəzərdə tutulur. Layihə Senatda təsdiqlənərsə, imzalanmaq üçün prezidentə göndəriləcək.
Modern.az Türkiyə mediasına istinadən bildirir ki, qanun layihəsinin müzakirəsi zamanı 13 senator çıxış etmək üçün qeydə alınıb. Parisə toplaşan türklər isə Senat qarşısında etiraz aksiyasına başlayıblar.

Senatın ümumi yığıncağında müzakirələrin təxminən 2 saat davam etməsi gözlənilir. Daha sonra sənəd səsverməyə çıxarılacaq.

Türkiyə mediası müzakirələri internetdə canlı olaraq təqdim edir.

Müzakirələri bu lnkdən izləmək olar: //www.ahaber.com.tr/webtv/videoizle/ahaber/canli_yayin

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal