Modern.az

Azay Quliyev hesabat verəcək

Azay Quliyev hesabat verəcək

Təhsil

24 Yanvar 2012, 11:20

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin yekunlarına dair hesabat konfransı keçirəcək. Bu barədə Modern.az-a Şuradan məlumat verilib.

Məlumata görə, tədbirdə “2011-ci ildə maliyyələşən layihələr” və “Azərbaycan qeyri-hökumət təşkilatları” kitablarının təqdimatı olacaq. Toplantıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi qurumun işilə bağlı hesabat məruzəsilə çıxışı nəzərdə tutulub.

Konfrans 25 yanvar 2012-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat prospekti – 23 A) keçiriləcək.   
           
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal